Azərbaycanda son sutkada koronavirus əleyhinə 45 041 vaksin vurulub.

Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 583, ikinci mərhələ üzrə 9 746, "Buster" doza üzrə 28 712 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 798 866, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 980 307, ikinci mərhələ üzrə isə 4 406 811, "Buster" doza üzrə isə 411 748 nəfər təşkil edir.