COVID-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Unikal"a bildirilib ki, Nazirlər Kabinetinin 27 noyabr 2021-ci il tarixli 371 nömrəli qərarına əsasən, “Peyvənd sertifikatı” müddətsizdir. 3-cü dozanın (buster doza) vurulması sertifikatın müddətinə təsir etmir.