Ermənistan Xarici İşlər Nazirliyinin binasında “Azadlıq” hərəkatının təşkil etdiyi etiraz aksiyasının 13 iştirakçısı saxlanılaraq polis bölməsinə aparılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər “Azadlıq" hərəkatı”nın nümayəndələri Xarici İşlər Nazirliyinin binasına soxularaq nazir Ararat Mirzoyan və ya onun müavini ilə görüş tələb ediblər. Onlar Azərbaycanla aparılan proseslərə dair bəzi suallarının olduğunu deyiblər. Etirazçılarla heç kim görüşməyib. Polis onları binadan uzaqlaşdırıb.
***
12:16
“Azadlıq Hərəkatı” üzvlərinin etiraz aksiyası keçirdikləri Ermənistan Xarici İşlər Nazirliyinin binasında vəziyyət gərginləşib.
"Unikal" xəbər verir ki, əraziyə polis qüvvələri cəlb olunub. Polislərlə etirazçılar arasında qarşıdurma yaranıb. Bildirilir ki, gərgin vəziyyətdən sonra polislər bir neçə şəxsi saxlayıb.
***
11:53
Ermənistanda “Azadlıq Hərəkatı”nın üzvləri Xarici İşlər Nazirliyinin binasında etiraz aksiyası keçirir.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistan Vəkillər Palatasının keçmiş sədri Ara Zöhrabyanın sözlərinə görə, onlar xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb edirlər.
Zöhrabyan həmçinin də, bildirib ki, indiki hökumət və prezident Armen Sarkisyan Ermənistan Respublikasının maraqlarını təmsil etmək iqtidarında deyil. Bununla da baş verən bütün iğtişaşlar və etirazlar haqlı olaraq həyata keçirilir.
Gülayə Mecid