Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni təyinat olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı UNEC rektoru Ədalət Muradov əmr imzalayıb. Əmrə əsasən, Nəsimi İsmayılov iqtisadi məsələlər üzrə prorektor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək UNEC-in maliyyə və təsərrüfat departamentinin direktoru vəzifəsində çalışıb.

Murad İbrahimli