"Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razı Nurullayev deyib.

Deputat bildirib ki, müxtəlif olduğu yerlərdə onlarla vətəndaş yaxınlaşır xahiş edir ki, yasların da keçirilməsinə icazə verilsin: "Hüzürü düşən adam həyətində başsağlıqlarını qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərt. Nə fərqi var ki, məclis məclisdir. Qoy yas məclislərinə də 100-150 nəfər civarında icazə verilsin. Operativ qərargahdan bu məsələyə operativ baxmağı xahiş edirəm. Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur".

Anar Kəlbiyev