Milli Məclisin bu gün keçirilən iclasında yeni hazırlanan “Turizm haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

"Unikal" xəbər verir ki, layihə barədə Milli Məclisin Sosial və siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Komitə sədri bildirib ki, turizm Azərbaycanda daim inkişaf edən sektor olub.

"İndiyə kimi turizm sektoruna 2 milyarddan artıq vəsait ayrılıb. Turizm sektorunun inkişafını ləngidən bəzi problemlər də var".

M.Quliyev qeyd edib ki, son illərdə aparılan islahatlara baxmayaraq, hələ də mühafizəkar viza rejimi ölkədə turizmin inkişafına maneə olaraq qalmaqdadır: "Azərbaycana 10 ölkədən vizasız turist gəldiyi halda digər ölkələrdə bu rəqəm çox yüksəkdir. Təyyarə biletlərinin baha olması da turistlərin gəlişinə maneədir. Üçüncü səbəb quru sərhəd keçid infrastrukturunun turistlər üçün əlverişli olmamasıdır. Turist məmnunluğunun yaxşılaşdırılması məqsədilə quru sərhəd keçid məntəqələrində viza verilməsi rejiminin aktivləşdirilməsinə ehtiyac var”.

Anar Kəlbiyev