Dominikan Respublikasının paytaxtı Santo-Dominqo yaxınlığında təyyarə qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, birmühərrikli təyyarənin qəza etməsi nəticəsində azı 9 nəfər həlak olub. Onlardan altısı ABŞ, digərləri Dominikan vətəndaşlarıdır.
İlkin məlumata görə təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra pilot nasazlığa görə geri qayıtmaq istəyib. Hadisənin səbəbləri araşdırılır.