Dünyaca məşhur “Washington Post” qəzeti, ABŞ ordusunda xidmət etmiş 3 amerikalı generalın 2024-cü ildə keçiriləcək prezident seçkiləri barəsindəki proqnozlarını qeyd edib.
"Unikal" xəbər verir ki, qəzet generalların vətəndaş müharibəsi xəbərdarlığı ilə bağlı yazısına da yer verib.
Bildirilir ki, 3 istefada olan general məktubunda 124 təqaüdçü hərbçinin seçkilərdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkilərin legitimliyini şübhə altına alan tezislərini dəstəkləyən bəyanat imzaladığını xatırladıb.
İstefada olan general-mayor Paul D. Eaton, general-mayor Antonio M. Taquba və briqada generalı Stiven M. Andersonun yazdığı məqalədə, 6 yanvar 2021-ci ildə konqres basqınının birinci ildönümünə həftələr qalmış, ABŞ ordusunda partizanlıq və komanda zənciri davamlı olaraq dəyişdiyini ifadə edib.
Bu vəziyyətin 2024-cü il seçkilərinin mümkün nəticələrindən asılı olaraq hərbi çevrilişlə nəticələnə biləcəyi barədə xəbərdarlığını verib.
Gülayə Mecid