Türkiyəli məşhur yazar, jurnalist Məhərrəm Sarıkaya canlı yayımda səs problemini həll etməyə çalışan İHA operatoru Ahmet Dəmirə sillə vurub.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, jurnalistin bu hərəkəti ölkədə gündəm mövzusuna çevrilib. Belə ki, tanınmış jurnalist daha sonra "Twitter" hesabından operatordan üzr istəyib.
Lakin proqramda digər qonaq qismində olan Qaziantep Böyükşəhər Bələdiyyə Başçısı Fatma Şahinin səssiz qalması da böyük əks-səda doğurub. Sosial media istifadəçiləri hər iki şəxs qınağa çəkib.