"NATO ideoloji qərəzlərdən əl çəkməlidir".
"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
"Dünyanın ən böyük hərbi ittifaqı olan NATO soyuq müharibə zehniyyətindən və ideoloji qərəzlərdən əl çəkməli, beynəlxalq və regional təhlükəsizlik və sabitliyin qorunmasına töhfə vermək üçün daha çox səy göstərməlidir", - bəyanatda qeyd olunub.