Yaponiya Ədliyyə Nazirliyi üç məhbusun edam edildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu 2019-cu ildən bəri görülən ilk edam hadisədir.
Edam edilən məhbuslardan biri olan 65 yaşlı Yasutaka Fujişiro 2004-cü ildə Hyoqo əyalətində 7 qohumunu öldürməkdə təqsirli bilinib. 44 yaşlı Mitsunori Onoqava, 54 yaşlı Tomoaki Takanezava Qunma əyalətində oyun salonunda işçiləri əlbəyaxa davadan sonra öldürdüklərinə görə edam cəzasına məhkum edilib.
Son edamlardan sonra ölkədə ölüm hökmünün icrasını gözləyən məhbusların sayı 107-yə çatıb.