“Rusiya ABŞ-ın dostca olmayan addımlarına qarşı adekvat hərbi-texniki tədbirlər görəcək”.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin geniş kollegiya iclasında deyib.
“Qeyd etdiyim kimi, qərbli həmkarlarımızın açıq-aşkar aqressiv xətti davam edərsə, biz də adekvat hərbi-texniki cavab tədbirləri görəcəyik, dostca olmayan addımlara sərt reaksiya verəcəyik. Bizim Rusiyanın təhlükəsizliyini və suverenliyini təmin etməyə yönələn tədbirlər görmək hüququmuz var”, - deyə Putin bildirib.