Təbriz şəhərində yaşayış binası çöküb.

"Unikal" xəbər verir ki, hadisə Təbrizin mərkəzində 5 mərtəbəli binada baş verib.
Binanın çökməsi nəticəsində 12 nəfər xəsarət alıb. Dağıntılar altında insanların qaldığı bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.