"Omikron" ştamının sürətlə yayılması bizdə də narahatlıq doğurur.

"Unikal" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, "Omikron" ştamının "Delta" ştamına nisbətən 4 dəfə daha yoluxdurucu olması və sürətlə yayılması bütün digər ölkələrdə narahatlığa gətirib çıxarır.