Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" DİN-in saytına istinadən xəbər verir ki, dekabrın 31-də saat 1 radələrində 8 Noyabr prospektində paytaxt sakini C.Salmanov idarə etdiyi “KİA” markalı avtomobili ilə yolu keçən paytaxt sakini Əli Nuruşovu vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.