Gürcüstanın paytaxtı Tbilisidə dəm qazı zəhərlənməsindən beş nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə “Tbilisi Energy” məlumat yayıb.
Bildirilib ki, Qldanidə bir binada baş verən qaz sızması beş nəfərin həyatına son qoyub.
“Təcili yardım xidmətinin əməkdaşlarının dediyinə görə, mənzilə daxil olarkən qaz sobası açıq olub”, – məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.