Meksikada narkotik qruplarının fəaliyyət göstərdiyi şəhərdə patrulluq edən əsgərlər hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, Müdafiə Nazirliyindən verilən açıqlamada, Miçoakan əyalətinin qərbindəki bəzi kəndlərə və Lomas Blanka qəsəbəsinə nəzarəti saxlamaq üçün patrul edən əsgərlərin 4 dəfə hücuma məruz qaldığı bildirilib.
Dəstə üzvləri əldəqayırma partlayıcı və silahlarla hücum edərək 10 əsgəri yaralayıb. Digər tərəfdən ordu əleyhinə nümayişlər zamanı dəstə üzvü olmaqda şübhəli bilinən 6 nəfər və 9 nəfər nəzarətə alınıb.
Hərbçilər yerli sakinləri Jolisco narkotik dəstəsinə “sosial baza” verməkdə ittiham edir. Nümayişçilərin yaydığı videolarda nümayişçilərdən yaralananların da olduğu görünür.