Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 23 noyabr  2021-ci il tarixdə imzaladığı Sərəncamın icrasına uyğun olaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

"Unikal" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən sərəncamın icrası təmin edilib və yanvar ayı ərzində muxtar respublikada Silahlı Qüvvələrimizin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb.

Sərəncama əsasən 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1987–2003-cü illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları müəyyənləşdirilmiş qrafik əsasında xidmət yerlərinə göndərilib.