Zaqatala şəhərində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 400 m² olan müxtəlif təyinatlı obyektlərdən (market, restoran, kafe, dönərxana və ofis kimi fəaliyyət göstərir) ümumi sahəsi 150 m² olan restoranın tavanı və dam örtüyünün yanar konstruksiyaları, restorana bitişik, ümumi sahəsi 70 m² olan marketin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə və ümumi sahəsi 60 m² olan kafenin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 11:24

Restoranda yanğın baş verib.

"Unikal" xəbər verir ki, yanğın  hadisəsi  Zaqatala şəhər H.Əliyev prospektində, Muradov Rüstəm Sabir oğluna məxsus "Süfrə" restoranında baş verib. Yanğın yerinə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 300 k/m olan restoranın çardağı tamamilə  və tavan hissəsi yanıb, restoranın qalan hissəsi  yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb

Seymur Əli