Gəncədə yanıq xəsarətləri alan 66 yaşlı kişi Bakı şəhərinə aparılıb.

"Unikal"ın məlumatına görə, şəhər sakini olan 1958-ci il təvəllüdlü Yaşar Vəliyev müacilə aldığı tibb ocağından Bakı şəhərində yerləşən yanıq mərləzinə göndərilib.

***09:24

Gəncədə maye qaz balonun partlaması zamanı yaşlı kişi yanıq xəsarətləri alıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Gülüstün qəsəbəsində qeydə alınıb.

Partlayış nəticəsində həmin ərazidə yaşayan 1958-ci il təvəllüdlü Yaşar Vəliyev yanıq xəsarətləri alıb. Yanıq xəsarətləri alan V.Vəliyev xəstəxanaya çatırılıb.

Dərhal 66 yaşlı kişiyə tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, 66 yaşlı kişi  maye qaz bolunu ilə heyvan başı və ayağı təmizləyən zaman partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov