Almaniyanın Münhen şəhəri yaxınlığında yerləşən Şeflarn kommunası ərazisində iki sürət qatarı toqquşub.
“Unikal” xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumata görə, qəza yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə saat 19:40) radələrində baş verib.
Toqquşma nəticəsində 1 nəfər həlak olub, 40 nəfər yaralanıb.