İranın paytaxtı Tehranda 3 mərtəbəli yaşayış binasında partlayış baş verib.  

"Unikal" xarici  KİV-ə  istinadən xəbər  verir  ki, hadisə nəticəsində 9 nəfər ölüb, daha 9 nəfər isə yaralanıb.

Bildirilir ki, partlayışa səbəb qaz sızması olub. Hadisə yerinə çox sayda xilasedicilər cəlb olunub.