Ermənistanın baş naziri Nikol Paşinyan yeni nəqliyyat dəhlizlərinin qurulmasından danışıb.
"Unikal" xəbər verir ki, Paşinyan hökumətin iclasında çıxışı zamanı o Ermənistanın Şimal-Cənub magistralının Sisian və Kacaran şəhərləri arasında yerləşən hissənin tikintisi üçün tender elanına dair də məlumat verib.
“Hazırda biz Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun Ermənistandan keçən hissəsinin tikintisi ilə bağlı konkret işlər görürük. Artıq texniki işlərə başlanılıb. Ümid edirik ki, əldə olunmuş razılaşmalar yaxın gələcəkdə sənəd şəklində öz əksini tapacaq və proses tam inkişaf edəcək”, - deyə Nikol ifadə edib.