Xəbər verdiyimiz kimi, Braziliya prezidenti Jair Bolsonaru ötən gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
"Unikal" xəbər verir ki, bu günlərdə Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolsu 5 metrlik masa arxasında qonaq edən Putin Bolsonaru ilə əl sıxaraq beynəlxalq ictimaiyyətə səmimi görüntülər verib.
COVID- 19 pandemiyasına baxmayaraq, iki liderin bu qədər yaxın məsafədə poza verməsi dünya mətbuatında gündəmə çevrilib.
Braziliyanın aparıcı qəzetlərindən biri olan "O Globo", Bolsonarunun Putinlə sosial məsafə olmadan görüşmək üçün 5 dəfə COVID-19 testi verdiyini yazıb. Hətta qəzetdə Bolsonaro testlərindən birinin Putinlə görüşündən 3-4 saat əvvəl edildiyi də qeyd edilib.
Gülayə Mecid