Rusiyada dollar 76 rubldan yuxarı qalxıb.
"Unikal" xəbər verir ki, bu, Rusiyanın Ukrayna bölmələrini atəşə tutulması xəbərlərindən sonra baş verib.
Özünü Donetsk və Luqansk Xalq Respublikaları (DXR və LPR) adlandıran qurumlar və Ukrayna arasında demarkasiya xəttində vəziyyətin gərginləşməsi fonunda rublun məzənnəsi əsas valyutalara nisbətən ucuzlaşıb. Moskva birjasının məlumatına görə, Bakı vaxtı ilə saat 13:45-ə olan məlumata görə, dollar 76,38 rubla (günün əvvəlindən üstəgəl 1,49 faiz), avro 86,88 rubla (plus 1,41 faiz) yüksəlib.
Rublla yanaşı, Rusiyanın əsas fond indeksləri də ucuzlaşır.
Ağarza Elçinoğlu