İngiltərənin 95 yaşlı kraliçası II Yelizavetanın yeriməsində ciddi probemlər yaranıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Vindzor qəsrində kontr-admiral Ceyms Makaudla görüşü zamanı əlində əsa ilə dayanıb və yerindən tərpənə bilməyəcəyini etiraf edib.
Video kral ailəsinin kanalında yayılıb. II Yelizaveta əsaya söykənsə də, kraliça hətta xüsusi qurğunun köməyi ilə ən azı bir-iki addım ata bilməyib.