Hindistanın Uttar Pradeş ştatının Kusinaqar şəhərində keçirilən toy mərasimində faciəvi hadisə baş verib.
"Unikal" xəbər verir ki, mərasimdə 15 nəfər beton plitələrlə örtülmüş istifadəsiz quyunun üstündə oynayarkən bədbəxt hadisə ilə üzləşib. Belə ki, beton plitələrlərin çökməsi nəticəsində qadınlar quyuya düşüb. Əraziyə polis və xilasedici qüvvələr cəlb olunub.
Polis quyuya düşən 15 nəfərdən 11-nin hadisə yerində, 2 nəfərin isə müalicə olunduğu xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb. Hadisədən iki nəfər xəsarət alaraq sağ qalıb.