"Donbasa genişmiqyaslı hücum Ukrayna üçün intihar olacaq, çünki Rusiya həmin ərazilərdə olan respublikalara, öz vətəndaşlarına kömək etməli olacaq".
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Sergey Dzekov deyib.
Onun sözlərinə görə, Donbassa hücum Ukrayna üçün yeni ərazilərin itirilməsi ilə başa çatacaq.
"Donbass problemini güc yolu ilə həll etmək mümkün deyil. Belə olan halda Ukrayna güclü əks-hücum alacaq və bunun nəticəsində ərazilərinin əhəmiyyətli hissəsini itirəcək. Təcavüzkar hərəkətlər bütün ölkənin dağılmasına səbəb olacaq", - deyə senator bildirib.
Gülayə Mecid