Rusiyanın Ukraynadakı səfirliyinin binasında yanğın olması barədə məlumat yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə videogörüntüləri jurnalist Olqa Skabeeva öz "Telegram" kanalında yayımlayıb.
Jurnalist videoda məxfi sənədlərin məhv edildiyini iddia edib:
“Bu, yanmış Rusiya səfirliyidir. Kiyevdə yerləşən səfirliyin damından tüstü çıxması aşkar görünür. Burada məxfi sənədlər yandırılır".