"Moskva Rusiyanın guya Ukraynaya müdaxiləsi ilə bağlı saxta məlumatlara görə Qərb mediasından ictimai üzr istəməyi planlaşdırmır, lakin bundan sonra təmkinsiz bəyanatların müəlliflərinin daha ciddi və məsuliyyətli yanaşma nümayiş etdirəcəklərinə ümid edir".
"Unikal" "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Burada üzr istəmək üçün heç nə yoxdur. Rusiya yəqin ki, bu cür ekstravaqant bəyanatlar verən nümayəndələrdən və həmin bəyanatlardan tamamilə sui-istifadə edən, səlahiyyətlərinə əhəmiyyət verməyən, hazır olan mediadan daha ciddi, məsuliyyətli və həqiqətə uyğun yanaşma gözləmək niyyətindədir” - Kreml sözçüsü bildirib.
Gülayə Mecid