"Tesla"nın qurucusu İlon Mask Kanadanın baş naziri Castin Trüdonu nasistlərin lideri Adolf Hitlerlə müqayisə edib. 

"Unikal" xəbər verir ki,  Mask  sözügedən fotonu "Twitter"  hesabında paylaşıb. Belə ki, Kriptovalyuta ticarət saytı "CoinDesk"in Trüdonun etirazçılar üçün vəsaiti bloklamaq qərarı ilə bağlı xəbərinə Mask şərh yazıb. 

Bundan sonra Mask Trüdonu Adolf Hitlerlə müqayisə  edərək,  sosial şəbəkə hesabında foto paylaşım edib. 

Bildirək ki, Kanadanın Baş naziri Trüdo ölkə tarixində ilk dəfə olaraq federal hökumətə koronavirus məhdudiyyətlərinə qarşı davam edən etirazları yatırmaq üçün müvəqqəti səlahiyyətlər verən Fövqəladə Hallar Qanununu qəbul etdiyini açıqlayıb. 

 Bundan sonra ölkədə etirazlar daha da şiddətlənib.