Avropanın qərbində tüğyan etmiş "Yunis" (Eunice) qasırğası nəticəsində 10 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, azı dörd nəfər Niderlandda həyatını itirib. Haaqa şəhərində dağılma təhlükəsi ilə əlaqədar bir neçə yaşayış evindən sakinlər təxliyə olunub.
Bundan başqa, qasırğa üç nəfərin ölümünə səbəb olub.
Eyni zamanda, İrlandiya, Almaniya və Belçikada ümumilikdə 3 nəfər qasırğanın qurbanı olub.