Şimali Atlantika Alyansı (NATO) Ukraynanın paytaxtı Kiyevdəki ofisini müvəqqəti bağlayır.
"Unikal" xəbər verir ki, bu barədə Norveçin "Verdens Gang" qəzeti alyansın nümayəndəsinə istinadən məlumat yayıb.
"NATO və ona üzv dövlətlər vəziyyəti çox diqqətlə izləyir, qiymətləndirir və bütün lazımi tədbirləri görür. Əməkdaşlarımızın təhlükəsizliyi prioritetdir, ona görə də onlar Lvov və Brüsselə köçürülür. Beləliklə, NATO-nun Ukraynadakı ofisləri hələ də fəaliyyət göstərir", - məlumatda deyilir.