Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu koronavirusdan sağalıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı "Twitter"də paylaşım edib.
"Allaha şükürlər olsun ki, COVID-19 testim mənfi çıxdı. Bu prosesdə dəstəyinə və dualarına görə hər kəsə təşəkkür edirəm. Rəbbim bütün xəstələrimizə şəfa versin",- paylaşımda qeyd olunub.