Türkiyənin milli müdafiə naziri Hulusi Akar Münhendə almaniyalı həmkarı Kristin Lambrextlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı nazirlər ikitərəfli, regional və qlobal məsələlər, müdafiə sənayesi, hərbi təlim və əməkdaşlıq mövzularında fikir mübadiləsi aparıblar.