2014-cü ildən bu yana ABŞ istisna olmaqla, NATO-ya üzv ölkələrin hərbi büdcələri 270 milyard dollar artıb.
"Unikal" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Təhlükəsizlik üzrə Münhen konfransında çıxış edən NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
“NATO-nun Avropa ölkələri və Kanada son illər (alyansın 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitindən sonra) hərbi xərclərini 270 milyard dollar artırıblar. Bu pullar növbəti müharibənin qarşısını almaq əzmimizi nümayiş etdirmək üçün lazım olan yeni silahların əldə olunmasına yönəldilib”, - deyə o bildirib.