İon dənizinin Yunanıstan sahillərində yanan İtaliyaya məxsus kruiz gəmisində 12 nəfərin taleyi məlum deyil.
"Unikal" xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər nazirinin müavini Velislava Petrova deyib.
“Axtarışı davam edən 12 nəfərdən 7-si Bolqarıstan vətəndaşıdır. İki Bolqarıstan vətəndaşı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır” - Petrova bildirib.
Bolqarıstan televiziyası xəbərinə görə, itkin düşənlər arasında Türkiyə və Litva vətəndaşları da var.