"Rusiya Ukraynaya qarşı aqressiv hərəkətlər edərsə, ABŞ Rusiyaya cavab verməyə hazırdır".
"Unikal" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
Dövlət katibi bildirib ki, əgər situasiyadan çıxmaq üçün diplomatik yol varsa, bunu etməkdə qərarlıdırlar:
"Yox əgər, Rusiyanın aqressiyasına cavab vermək lazım gələcəksə, biz bunu da edərik”.
Diplomat əlavə edib ki, Rusiya ilə Ukrayna arasında müharibə fəlakət ola bilər və bu heç kimin marağına uyğun deyil: “3 milyon əhalisi olan Kiyevə hücum fəlakət olar".