Ukrayna təhlükəsizlik qüvvələri Minsk razılaşmaları ilə qadağan olunmuş 120 millimetrlik minalardan istifadə etməklə üç yaşayış məntəqəsini, o cümlədən Horlivkanı atəşə tutub.
"Unikal" xəbər verir ki, bu barədə özünü Donetsk Xalq Respublikası adlandıran qondarma qurum məlumat yayıb.
"Qorlovka, Ozeryanovka, Staromikhaylovskaya qəsəbələrində saat 16.36-dan 16.52-dək 120 mm-lik 16 mina və digər mərmilər atılıb", - məlumatda deyilir.
Ağarza Elçinoğlu