Almaniyanın müdafiə naziri Kristin Lambrext Münhen Təhlükəsizlik Konfransının son günündə keçirilən “Avropanın xarici və təhlükəsizlik siyasəti və gücün dili” panelində iştirak edib.
"Unikal" xəbər verir ki, Almaniyanın NATO və digər missiyalarda üzərinə düşən vəzifəni yerinə yetirdiyini ifadə edən Lambrext kifayət qədər potensiala malik olduqları üçün qısa müddətdə NATO-nun Litvadakı missiyası üçün əlavə əsgər göndərə bildiklərini diqqətə çatdırıb.
"Biz etibarlı tərəfdaş olacağıq. Verdiyimiz sözlərə əməl edəcəyik. Bunun üçün lazımi şəraiti yaradacağıq və bu müdafiə xərclərini artırmağa davam edəcəyik", - deyə o bildirib.