"Amerika Birləşmiş Ştatları Krımın Rusiyaya birləşdirilməsini tanımaq və ya Donbassla bağlı hər hansı oxşar qərar qəbul etmək niyyətində deyil".
"Unikal" xəbər verir ki, bu sözləri CBS telekanalına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken deyib.
"ABŞ hərbi münaqişənin qarşısını almaq üçün Krımın və ya Ukraynanın şərqindəki hər hansı ərazinin Rusiya Federasiyasına birləşdirilməsinin tanınması imkanlarını qəbul edə bilərmi" sualına Blinken "Xeyr "cavabını verib. Dövlət katibi bunun müzakirə mövzusu olmadığını deyib.