Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 263 nəfər dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda COVID-19 infeksiyası ilə əlaqədar 440 min 183 nəfərin test edildiyi, 70 min 355 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 91 min 164 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.