İtaliyanın Kanberradakı səfiri Françeska Tardioli eyvandan yıxılaraq ölüb.
"Unikal" xəbər verir ki, Folinyoya istirahət üçün ggedən səfir dünən gecə yaşadığı mənzilin eyvanından yıxılıb.
Hadisə ilə bağlı İtaliya jandarmının araşdırmasının davam etdiyi və ilk araşdırmalar nəticəsində Tardiolinin müvazinətini itirərək eyvandan yıxıldığı qeyd edilib.
Bildirək ki, 57 yaşlı Tardioli 2019-cu ilin sentyabrından İtaliyanın Kanberradakı səfiri vəzifəsində çalışırdı.