Rusiya - Ukrayna xəttində gərginlik səngimək bilmir.
"Unikal" xəbər verir ki, Donbassdakı hadisələrdən sonra Rusiya və Belarus ordularının birgə təlimi uzadılıb. Belarus rəsmiləri bəyan ediblər ki, Rusiya qoşunları bir müddət ölkədə qalacaq. Rusiya ordusu S-300 hava hücumundan müdafiə sistemini Ukrayna sərhədinə göndərib.
Rusiya-Ukrayna sərhədindən çəkilən fotolarda maraqlı bir detal diqqət çəkib. Belə ki, bəzi rus tanklarının üzərində “Z” hərfi olduğu görülüb.
Bildirilib ki, tankların üstünə yazılan "Z" Ukrayna lideri Zelenskinin soyadının ilk hərfinə istinadən yazılıb.
Digər tərəfdən İngiltərə baş naziri Boris Conson Rusiya-Ukrayna xəttindəki inkişafları dəyərləndirərkən, "Dəlillər göstərir ki, Rusiya lideri Vladimir Putin hər an Ukraynaya işğala başlaya bilər. Həqiqət budur ki, bütün əlamətlər bəzi aspektlərdə planın artıq başladığını göstərir",- deyə ifadə edib.
Gülayə Mecid