ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarına Rusiyanı tərk etməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ səfirliyinin öz vətəndaşlarına verdiyi təcili xəbərdarlıq bəyanatında deyilir.
Səfirlik Moskva, Sankt-Peterburq metrolarına, ticarət mərkəzlərinə, qatar stansiyalarına, eləcə də Ukrayna ilə sərhəddə "mümkün hücumlar" ola biləcəyini açıqlayıb.