Ermənistanda son sutka ərzində daha 293 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal"  xəbər verir ki, yoluxanların ümumi sayı 415 757 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 338-ə yüksəlib. Aktiv xəstələrin sayı 13 749 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1 590 nəfərə çatıb.