Çin hökuməti ABŞ-nin Tayvana silah satışına cavab olaraq əks tədbirlər görməyə və "Lockheed" "Martin və Raytheon Technologies" şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyə qərar verib.
"Unikal" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venb deyib.
"ÇXR-in suverenliyini və təhlükəsizlik maraqlarını qorumaq məqsədilə və “Xarici sanksiyaların qarşısının alınması haqqında qanun”un müddəalarına uyğun olaraq, Çin hökuməti ABŞ-nin "Lockheed" hərbi sənaye şirkətlərinin hərəkətlərinə cavab olaraq əks tədbirlər görməyə qərar verib. "Martin və Raytheon Technologies" uzun müddətdir ki, Tayvana Amerika silahlarının tədarükü ilə məşğuldurlar", - diplomat bildirib.
Ağarza Elçinoğlu