ABŞ dövlət katibi Antoni Blinken Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı açıqlama yayıb.
"Unikal" xəbər verir ki, o, açıqlamada Rusiyanın Ukraynanı işğal etmək üzrə olduğunu bildirib.
"Rusiyanın Ukraynaya təcavüzü ssenarisi irəliləməkdə davam edir. Lakin mən hələ də diplomatiyanın müharibənin qarşısını almaq şansına malik olduğuna inanıram", - deyə Blinken qeyd edib.