Donetsk hava limanı yaxınlığında partlayış baş verib.

"Unikal" “RİA Novosti” yə istinadən xəbər verir ki, ətrafdakı insanlar hava limanı yaxınlığından güclü partlayış səslərini eşitdiklərini bildiriblər. 

Qeyd ki, son günlər Rusiyanın Ukraynaya hücum edəcəyi xəbərləri fonunda separatçıların nəzarət etdiyi Donbassda vəziyyət ciddi şəkildə gərginləşib. Atəşkəs tez-tez pozulur, insan itkisi barədə də xəbərlər var. Eyni zamanda Rusiya KİV-ləri bu ərazidə yaşayan sakinlərin Rusiya vilayətlərinə köçürülməsinə başlandığını yazır.