Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiya və Ukrayna böhranının hakim olduğu gündəmlə bir araya gəlib.
"Unikal" xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Toplantısının gündəmində Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata başlayacağı təqdirdə Aİ-nin necə cavab verəcəyi müzakirə olunur.
İclasda Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da iştirak edəcək.
Aİ uzun müddətdir ki, “Rusiya Ukraynaya hücum etsə, bunun əvəzini ağır ödəyəcək” və sanksiyalara məruz qalacağını təkrarlayır. Sanksiyaların iqtisadi, maliyyə və siyasi çərçivədə olacağı məlum olsa da, təfərrüatları açıqlanmır.